ABŞ Aralıq dənizinin şərqinə ikinci təyyarədaşıyan gəmi göndərdi

Bu barədə ABŞ Mərkəzi Komandanlığı – CENTCOM bəyanatında belə yazılır ...

2051007
ABŞ Aralıq dənizinin şərqinə ikinci təyyarədaşıyan gəmi göndərdi

 

   ABŞ Aralıq dənizinin şərqinə “USS Eisenhower” adlı ikinci təyyarədaşıyan gəmi göndərib. Bu barədə ABŞ Mərkəzi Komandanlığı – CENTCOM bəyanatında belə yazılır: “Müdafiə naziri Lloyd Ostin “USS Eisenhower”ə bu həftənin əvvəlində bölgəyə gedən “USS Gerald R. Ford” təyyarədaşıyıcısına qoşulmağı əmr etdi.”

  ABŞ müdafiə naziri Lloyd Ostin bu qərarı İsrailə qarşı aqressiv hərəkətlərin qarşısını almaq və “Həmas”ın İsrail ərazisinə hücumundan sonra daha böyük müharibəni qızışdırmaq cəhdləri ilə izah edib: “ABŞ-ın hərbi mövcudluğunun bu şəkildə genişləndirilməsi bizim İsrailin təhlükəsizliyini təmin etmək üçün güclü öhdəliyimizi və dövlətlərin və ya qrupların bu müharibəni qızışdırmaq cəhdlərinin qarşısını almaq istəyimizi nümayiş etdirir”.

  Qeyd edək ki, bu həftənin əvvəlində “Gerald R. Ford” təyyarədaşıyan gəmisi Aralıq dənizinin şərqinə gəlib.

  Xatırladaq ki, oktyabrın 7-də Qəzzada yerləşən “Həmas” yaraqlıları İsrailin cənubuna qanlı hücum həyata keçirib. Buna cavab olaraq İsrail ordusu “Həmas"a qarşı hərbi əməliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr