NATO ölkələrinin nüvə təlimləri keçiriləcək

NATO ölkələri gələn həftə “Steadfast Noon” adlı illik nüvə təlimi keçirəcək.

2050365
NATO ölkələrinin nüvə təlimləri keçiriləcək

NATO ölkələri gələn həftə “Steadfast Noon” adlı illik nüvə təlimi keçirəcək.

Bunu Alyansın Baş katibi Yens Stoltenberq NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Stoltenberq NATO-nun hər ilin oktyabr ayında keçirdiyi növbəti təlimin gələn həftə İtaliya, Xorvatiya və Aralıq dənizi üzərində keçiriləcəyini bildirib.

Təlimin NATO-nun nüvə silahlarının qarşısının alınmasının etibarlılığını, effektivliyini və təhlükəsizliyini təmin edəcəyini bildirən Stoltenberq “Steadfast Noon” təliminin NATO-nun bütün müttəfiqlərini qoruyacağına və müdafiə edəcəyinə dair açıq bir mesaj verəcəyini qeyd edib.

Təlimdə çoxlu döyüş təyyarələri, müşahidə təyyarələri və tanker təyyarələri, eləcə də uzaqmənzilli bombardmançı B-52-nin iştirakı gözlənilir.

“Steadfast Noon” təliminə hər il başqa bir NATO ölkəsi ev sahibliyi edir.



Әlaqәli Xәbәrlәr