Dünya məşhurları İsrail-Fələstin münaqişəsinə münasibət bildirib

Dünyaşöhrətli musiqiçilər və aktyorlar İsrail-Fələstin münaqişəsi ilə bağlı sosial media hesablarında Fələstinə dəstək paylaşıblar...

2050093
Dünya məşhurları İsrail-Fələstin münaqişəsinə münasibət bildirib

 

  Dünyaşöhrətli musiqiçilər və aktyorlar İsrail-Fələstin münaqişəsi ilə bağlı sosial media hesablarında Fələstinə dəstək paylaşıblar.

  Livanlı aktrisa Lila Abdallah “İnstagram” hesabında İsrailin Qəzzaya hava zərbələri endirməsindən sonra bölgədəki dağıntıları əks etdirən videolar paylaşıb. Mövzu ilə bağlı çoxlu paylaşımlar edən Abdullah dünyanı Fələstinə dəstək olmağa çağırıb.

  İngilis rep musiqiçisi Louki (Lowkey) “İnstagram” səhifəsində İsrailin Qəzzaya hücumlarında indiyədək 91 uşağın həyatını itirdiyini bildirib. Digər paylaşımında İsrail hökumətinin fələstinlilərə böhtan atdığını yazıb.

  Fələstin əsilli amerikalı model Gigi Hadid sosial media hesablarında İsrailin hücumları ilə bağlı bu cümlələri paylaşıb: "Dualarım bu haqsız faciədən əziyyət çəkən hər kəs üçündir. Bu qarşıdurma hər gün günahsız insanların həyatına son qoyur ki, əksəriyyəti uşaqlardır. Fələstinlilərin mübarizəsi yanında olaraq işğal altında olanlara görə dərindən üzülür və kədərimi onlarla bölüşürəm”.

  İsveçli musiqiçi Zara Larsson şəxsi “İnstagram” hesabında Fələstində yaşanan dram qarşısında dünyanın Ukraynaya verdiyi dəstəyi xatırladıb: "Rusiya hücum edəndə Ukraynaya dəstək verilir, fələstinlilərə hücum edildikdə isə dəstək yoxdur."

  Pakistan əsilli İngiltərə müğənni Zayn Malik “İnstagram” hesabında "Fələstini azad et" şərhi ilə öz şəklini paylaşaraq Fələstinə dəstək olduğunu bildirib.

  Amerikalı aktyor Dueyn Conson (Dwayne Johnson) sosial şəbəkədəki paylaşımında İsrail-Fələstin münaqişələri ilə kədərləndiyini bu sözlərlə ifadə edib: "Sülh üçün dua edirəm. Bütün günahsız həyatlar üçün dua edirəm".

  Britaniyalı sənətçi Yusuf İslam sosial media hesablarında "İnsanlıq: itirilmiş dava?" başlığı ilə bu paylaşımı edib: "Yanlış yanlışı düzəltməz. Yaşamaq, sığınmaq və kimlik haqqı hər kəs üçündür. Ümid edək ki, sülhə yer qalsın. Əsl sülh yalnız ədalət təməli üzərində qurula bilər ki, onu beynəlxalq ictimaiyyət bərabər şəkildə həll etməlidir. Bu məsələdə bütün bəşəriyyətin rolü olmalıdır”.

  Amerikalı musiqiçi Demi Lovato “İnstagram” hesabında günahsız mülki şəxslərin öldürülməsinin qəbuledilməz olduğunu vurğulayıb.

  Hollivud aktyoru Mark Ruffalo bölgədə baş verən faciəli hadisələrdən narahatlığını ifadə edərək "Dilə gətirməsi mümkün olmayan ağrı və can itkisinə görə çox kədərlənirəm. Bu dəhşətli şiddətə son qoyulmalıdır" deyib.



Әlaqәli Xәbәrlәr