Aleksandar Vuçiç KFOR-un Kosovodakı mövcudluğunu dəstəklədiklərini açıqlayıb

Serbiya prezidenti Aleksandar Vuçiç NATO-nun Sülh Qüvvələrinin (KFOR) Kosovoda olmasını dəstəklədiklərini bildirib.

2049602
Aleksandar Vuçiç KFOR-un Kosovodakı mövcudluğunu dəstəklədiklərini  açıqlayıb

Serbiya prezidenti Aleksandar Vuçiç NATO-nun Sülh Qüvvələrinin (KFOR) Kosovoda olmasını dəstəklədiklərini bildirib.

Vuçiç paytaxt Belqradda NATO-nun Neapoldakı Müttəfiq Qüvvələrinin komandanı admiral Stüart Benjamin Munşu qəbul edib.

Görüşlə bağlı internet səhifəsində paylaşım edən Aleksandr Vuçiç Munşla Qərbi Balkanlar və Yaxın Şərqdəki son hadisələri müzakirə etdiklərini bildirib.

“Kosovodakı serblərin onsuz da ağır olan vəziyyətinin ciddi şəkildə pisləşməsi ilə bağlı narahatlığımı bildirdim”, - prezident Aleksandr Vuçiç qeyd edib.

Serbiyanın KFOR-un mövcudluğunu dəstəklədiyini ifadə edən Vuçiç deyib: “KFOR-dan tərəfsiz mövqeyini qoruyub saxlamasını və bölgədəki təhlükəsizlik vəziyyətini pozacaq hər hansı hadisəyə dərhal müdaxilə etməsini gözləyirik”.

Kosovonun şimalında aylardır davam edən gərginlik sentyabrın 24-də səhər saatlarında, əsasən serblərin yaşadığı Banjskada yolu bağlayan silahlı serblərin açdığı atəş nəticəsində bir polis əməkdaşının ölməsi ilə yenidən artıb.



Әlaqәli Xәbәrlәr