Fələstin və İsrail arasında artan gərginlik aclığa sürükləyə bilər

BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) Fələstin və İsrail arasında yaşanan gərginliklə bağlı yazılı açıqlama verib ...

2048340
Fələstin və İsrail arasında artan gərginlik aclığa sürükləyə bilər

 

  Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramı (WFP) qurumu İsrail və Fələstində vəziyyətin sürətlə pisləşməsindən və bu münaqişənin region xalqlarına təsirindən dərin narahat olduğunu bildirib.

  Sözügedən təşkilat Fələstin və İsrail arasında yaşanan gərginliklə bağlı yazılı açıqlama verib.

  Bəyanatda deyilir: "BMT-nin Ümümdünya Ərzaq Proqramı İsrail və Fələstində sürətlə pisləşən vəziyyətdən və bu münaqişənin insanlara təsirindən dərin narahatdır. Münaqişələr artdıqca müdafiəsiz uşaqlar və ailələr də daxil olmaqla, mülki əhali əsas ehtiyaclarla üzləşir, ərzaq paylama şəbəkələri pozulur, istehsal çətinləşir, ərzaq resurslarına çıxışda çətinliklər yaranır.

  Bütün dünyanı humanitar yardıma çağırırıq. Tərəfləri təsirə məruz qalan ərazilərə təhlükəsiz və maneəsiz humanitar çıxışı təmin etməyə, humanitar hüquq prinsiplərini dəstəkləməyə və mülki şəxslərin həyat və rifahını qorumaq üçün bütün lazımi tədbirləri görməyə çağırırıq.

  BMT Ümümdünya Ərzaq Proqramı məcburi köçkün və ya şərait imkan verdikdə sığınacaqlarda olan insanlara əvvəlcədən göndərilmiş ərzaq ehtiyatları ilə operativ kömək göstərməyə, habelə həssas insanlara müntəzəm ərzaq və pul yardımını bərpa etməyə hazırdır.

  Fələstinin təsirlənən bölgələrində dükanlarda bir aylıq ərzaq ehtiyatı var. Uzun sürəcək bir qorxu səbəbindəb anbarlar sürətlə tükənmə riski ilə üz-üzədir.

  Bölgədə elektrik enerjisinin tez-tez kəsilməsi də qidaların xarab olmasına gətirə bilər”.

  Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.

  Artan gərginlikdə hər iki tərəfdən yüzlərlə itki, minlərlə yaralı var.



Әlaqәli Xәbәrlәr