“Əvvəl olanlar bundan sonra olmayacaq”

İsrail Müdafiə Nazirliyinin məlumatına görə ...

2048372
“Əvvəl olanlar bundan sonra olmayacaq”

 

  İsrailin müdafiə naziri Yoav Qallant Qəzza zolağına tam blokada tətbiq edəcəklərini və bölgəyə elektrik, qida və yanacaq verilməyəcəyini bildirib.

  İsrail Müdafiə Nazirliyinin məlumatına görə, Y.Qalant İsrail ordusunun Cənub Komandanlığında əməliyyat şəraitinin qiymətləndirilməsində iştirak edib. Orduya təlimat verən nazir deyib: "Qəzza tamamilə blokadaya alınacaq. Elektrik, qida və yanacaq verilməyəcək… Biz insanabənzər heyvanlarla mübarizə aparırıq və buna uyğun hərəkət edəcəyik."

  Qallant çıxışında ivrit dilində fələsrtinliləri “heyvan” adlandırsa da, İsrail ordusu saytının ingiliscə bölümündə “heyvan” yerinə “barbar” yazmışlar.

  İsrailin energetika və infrastruktur naziri İsrael Katz isə Qəzzaya su axınının kəsilməsini əmr edib və sosial media hesabında bu barədə belə deyib: “Mən İsraildən Qəzzaya su axınının dərhal dayandırılmasına qərar verdim. Sentyabrın 8-dən artıq elektrik və yanacaq kəsilib. Əvvəl olanlar bundan sonra olmayacaq”.

  Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” əməliyyatına başlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başladığını açıqlayıb.

  Artan gərginlikdə hər iki tərəfdən yüzlərlə itki və minlərlə yaralı var.



Әlaqәli Xәbәrlәr