ÜST Liviyadakı daşqınlarda hәyatını itirәnlәrin sayını açıqladı

Liviyanın şərqində sentyabrın 10-da baş verən daşqınlarda həyatını itirənlərin sayının 4 333-ə yüksəldiyi bildirilib.

2046468
ÜST Liviyadakı daşqınlarda hәyatını itirәnlәrin sayını açıqladı

Liviyanın şərqində sentyabrın 10-da baş verən daşqınlarda həyatını itirənlərin sayının 4 333-ə yüksəldiyi bildirilib.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Liviyadakı rəsmisi Hale Hudari keçirdiyi  onlayn brifinqdə bildirib.
Hudari daşqınlar nəticəsində həlak olanların tapılması istiqamətində əməliyyatların davam etdirildiyini deyib.
Fəlakət bölgələrində 8500 adamın itkin düşdüyünü qeyd edən Hudari ölənlər arasında 25-i həkim olmaqla cəmi 101 səhiyyə işçisinin olduğuna diqqət çəkib.
“Bu, Liviyanın səhiyyə sektoru üçün böyük itkidir”,-deyə ÜDT-nın rəsmisi qeyd edib.
Sentyabrın 10-da mərkəzi Aralıq dənizində tüğyan edən və Liviyanın şərqində həyatı iflic edən  "Daniel" fırtınası Benqazi, Beyda, Mərc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub.
Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe daşqınlarla əlaqədar  dünən ölkədə 3 günlük matəm elan edib, Liviya Prezident Şurası isə daşqınlardan zərər çəkmiş bölgələr üçün qardaş ölkələr və beynəlxalq qurumlardan kömək istəyib.

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) oktyabrın 2-də yayımladığı  hesabatda daşqınlar nəticəsində 4 min 255 nəfərin həyatını itirdiyi, 250 min insanın daşqından zərər çəkdiyi, 40 min adamın da evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilib.



Әlaqәli Xәbәrlәr