Nigeriyada yanacaq daşıyan tankerin partlaması nəticəsində 20 nəfər ölüb

Nigeriyanın cənubundakı Delta əyalətində yanacaq daşıyan tankerin partlaması nəticəsində 20 nəfər həyatını itirib.

2044734
Nigeriyada yanacaq daşıyan tankerin partlaması nəticəsində 20 nəfər ölüb

Nigeriyanın cənubundakı Delta əyalətində yanacaq daşıyan tankerin partlaması nəticəsində 20 nəfər həyatını itirib.
Yerli mətbuatda yer alan xəbərlərə görə, Delta əyalətinin Varri-Benin avtomobil yolunda benzin daşıyan tankerdə naməlum səbəbdən partlayış baş verib.

Partlayış nəticəsində 20 nəfər ölüb, çoxlu sayda insan yaralanıb, bəzi evlərə ziyan dəyib.

Səlahiyyətlilər bölgəyə yanğınsöndürmə briqadalarının göndərildiyini və hadisə ilə bağlı araşdırma başlandığını bildirib.

Yaralıların müalicə altına alındığını bildirən səlahiyyətlilər, ölənlərin sayının artacağının gözlənildiyini ifadə ediblər.



Әlaqәli Xәbәrlәr