Aİ:''Brüsseldə Azərbaycan, Ermənistan, Fransa və Almaniya nümayəndələrinin görüşü olub''

Avropa İttifaqı (Aİ), Azərbaycan, Ermənistan, Fransa və Almaniya nümayəndələrinin Brüsseldə görüşdüyünü açıqlayıb.

2042658
Aİ:''Brüsseldə Azərbaycan, Ermənistan, Fransa və Almaniya nümayəndələrinin görüşü olub''

Avropa İttifaqı (Aİ), Azərbaycan, Ermənistan, Fransa və Almaniya nümayəndələrinin Brüsseldə görüşdüyünü açıqlayıb.
Məlumata görə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, onun diplomatik müşavirləri Saymon Mordyu və Maqdalena Qrononun rəhbərliyi ilə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilib.
Görüşdə həmçinin Fransa prezidenti Emmanuel Makronun müşaviri Emmanuel Bonne və Almaniya kansleri Olaf Şoltszun müşaviri Yens Ploetner də iştirak ediblər.
İclasda Aİ-nin bütün hadisələri yaxından izlədiyini və sahədəki gərginliyin mülki şəxslərin vəziyyətinə təsir etməməsi üçün ən ciddi səylər göstərdiyi bildirilib.
Hikmət Hacıyev Azərbaycanın humanitar yardım göstərmək və yerli əhalinin təhlükəsizliyini təmin etmək planlarından danışıb.
Hikmət Hacıyev və Armen Qriqoryan növbəti mümkün görüşdə normallaşma prosesinin irəliləməsi üçün konkret addımları müzakirə ediblər.
Bəyanatda qeyd olunub ki, görüş həmçinin oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyinin (EPC) üçüncü sammiti çərçivəsində liderlərin mümkün görüşünün aktuallığı barədə iştirakçılar arasında intensiv fikir mübadiləsi aparmağa imkan verib.



Әlaqәli Xәbәrlәr