M.Zaxarova Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri qiymətləndirib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü M.Zaxarova Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə bağlı deyib: “Rusiya tərəfi israrla münaqişə tərəflərinə qan tökülməsinin dayandırılması ilə əlaqədar çağı

2039454
M.Zaxarova Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri qiymətləndirib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə bağlı deyib: “Rusiya tərəfi israrla münaqişə tərəflərinə qan tökülməsinin dayandırılması ilə əlaqədar çağırış edir''.
Mariya Zaxarova keçirdiyi həftəlik mətbuat konfransında Azərbaycanın Qarabağ bölgəsində konstitusiya quruluşunun bərpası üçün başlatdığı lokal xarakterli antiterror tədbirlərini qiymətləndirib.
Mariya Zaxarova bəyan edib ki, rəsmi Moskva Qarabağda vəziyyətin qəfil gərginləşməsindən narahatdır.
“Rusiya tərəfi israrla münaqişə tərəflərinə qan tökülməsinin dayandırılması, problemin diplomatik və siyasi yolla həll edilməsi ilə əlaqədar çağırış edir'',-deyə Mariya Zaxarova vurğulayıb.
Qarabağ probleminin həlli ilə bağlı bütün addımların Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli  bəyannaməsində yazıldığını qeyd edən  Mariya Zaxarova son vaxtlar Rusiyanın və beynəlxalq vasitəçilərin bu problemin həllinə töhfə vermək üçün səylər göstərdiyini vurğulayıb.
Mariya Zaxarova Rusiya sülhməramlı kontingentinin bölgədəki vəzifəsini yerinə yetirdiyini və bu qüvvələrin komandirlərinin tərəflərlə daim təmasda olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr