"Necə olur ki, biz “F-35”in tapılmasını camaatdan istəyirik?" N.Meys

Amerika Birləşmiş Ştatlarının hərbi rəsmiləri Cənubi Karolinada pilotun özünü havadan atmasından sonra izini itirdikləri “F-35” döyüş təyyarəsini tapmaq üçün xalqdan kömək istəyib

2038688
"Necə olur ki, biz “F-35”in tapılmasını camaatdan istəyirik?" N.Meys

 

  Amerika Birləşmiş Ştatlarının hərbi rəsmiləri Cənubi Karolinada pilotun özünü havadan atmasından sonra izini itirdikləri “F-35” döyüş təyyarəsini tapmaq üçün xalqdan kömək istəyib.

  Dəniz piyada pilotu sentyabrın 17-si günortadan sonra uçduğu “F-35B Lightning II” təyyarəsində problemlər yarandıqdan sonra özünü təyyarədən atıb.

  Pilot xilas olduqdan sonra hərbi səlahiyyətlilər itirilmiş təyyarənin axtarışı üçün Şimali Çarlstonun şimalındakı iki gölə yönəlib.

  Mayor Melanie Salinas pilotun yerli vaxtla saat 14:00 radələrində Şimali Çarlstona paraşütlə tullandığı, xəstəxanaya aparıldığı, vəziyyətinin yaxşı olduğunu bildirib, adı və təyyarənin problemini açıqlamayıb.

  Yerli konqresmen Nensi Meys (Nancy Mace) “F-35-i necə itirə bilərsiniz? "Necə olur ki, təyyarənin izləmə cihazı yoxdur və biz onun tapılmasını camaatdan istəyirik?"



Әlaqәli Xәbәrlәr