Liviyada beynəlxalq yardım qrupunun törətdiyi qəzada 7 nəfər ölüb

Sel fəlakətinin baş verdiyi Liviyada beynəlxalq yardım qrupunun törətdiyi qəzada 7 nəfər ölüb.

2038642
Liviyada beynəlxalq yardım qrupunun törətdiyi qəzada 7 nəfər ölüb

Sel fəlakətinin baş verdiyi Liviyada beynəlxalq yardım qrupunun törətdiyi qəzada 7 nəfər ölüb.

Seldən ən çox zərər çəkən Dərnəyə gedən Yunanıstan axtarış-xilasetmə qrupunu daşıyan avtobus qəza keçirib. Qəzada 4-ü Yunanıstan komandasından, 3-ü liviyalı olmaqla 7 nəfər həyatını itirib.

Digər tərəfdən, Liviyada sel fəlakətində ölənlərin sayı ilə bağlı ziddiyyətli açıqlamalar verilir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi seldə 11 min 300 nəfərin öldüyünü, 10 mindən çox insanın isə itkin düşdüyünü açıqlayıb.

Lakin Liviya Qızıl Aypara Cəmiyyətinin sözçüsü Tevfik Şükri bu məlumatı təkzib edib. Şükri sel fəlakətində həyatını itirənlərin sayı ilə bağlı dəqiq bir açıqlama verməsə də, rəsmi rəqəmlər sayının 6 minə yaxın olduğunu bildirib.

Mütəxəssislər bölgədə epidemiya riskinə də diqqət kəçirlər.

Liviyada təbii fəlakət nəticəsində itkin düşən minlərlə insanın axtarışları davam edərkən, küçələr də təmizlənir.

Liviya Qızıl Aypara Cəmiyyəti sağlamlıq riskləri səbəbiylə Derna şəhərinin boşaldılmasının bir seçim olaraq masada olduğunu bildirib.

Liviya Qızıl Aypara Cəmiyyətinin sədri Əbdüsselam əl-Hac qurumun qruplarının logistika imkanlarının olmaması və seldən zərər çəkmiş ərazilərə çatmaqda çətinlik çəkməsi kimi problemlərlə üzləşdiyini bildirib.

Yardımların paylanması, yaralıların xilas edilməsi və cəsədlərin toplanması üçün qrupların səylərini davam etdirdiyini bildirən Hac Dərnə şəhərinin boşaldılmasının bölgədəki sağlamlıq vəziyyətindən asılı olacaq "mümkün bir seçim" olaraq davam etdiyini vurğulayıb.

Hazırda bölgədə cəsədlərin yayılması, içməli suyun çirklənməsi kimi sağlamlıq risklərinin olduğunu bildirən Hac ölən və itkin düşənlərin sayı ilə bağlı dəqiq məlumat olmadığını, lakin 20 minə yaxın köçkün ailəsinin olduğunu bildirib.

Liviyanın şərqindəki Nümayəndələr Palatasının (HOR) təyin etdiyi hökumətin Daxili İşlər Nazirliyinin sözçüsü Tarik əl-Hərraz Dernada daşqından ən çox zərər çəkmiş əraziləri karantinə almağa hazırlaşdıqlarını bildirib.

Harraz qeyd edib ki, karantin qərarı ciddi sağlamlıq risklərinin qarşısını almaq üçün qəbul edilib.

Beynəlxalq yardımlar ölkəyə çatmaqda davam edir.

Türkiyedən göndərilən tam təchiz olunmuş 2 təcili tibbi yardım maşını səlahiyyətlilərə çatdırılıb.

Səudiyyə Ərəbistanı və Küveyt də Liviyada daşqınlardan zərər çəkənlərə ərzaq və tibbi yardım daşıyan təyyarə göndərib.

Qeyd edək ki, sentyabrın 10-da Mərkəzi Aralıq dənizində təsirli olan və Liviyanın şərqində öz təsirini göstərən "Daniel" fırtınası Benqazi, Beyda, Mərc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub.

Liviyanın şərq bölgələrində yağıntının miqdarının “son 40 ilin ən yüksək səviyyəsi” olduğu bildirilir.



Әlaqәli Xәbәrlәr