Rusiyada döyüş təyyarəsi qəzaya uğrayıb

Rusiya Müdafiə Nazirliyi Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-24 tipli döyüş təyyarəsinin planlı uçuş zamanı Volqoqrad vilayətindəki boş ərazidə düşdüyünü açıqlayıb.

2036555
Rusiyada döyüş təyyarəsi qəzaya uğrayıb

Rusiyada döyüş təyyarəsi qəzaya uğrayıb.
Rusiya Müdafiə Nazirliyi Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-24 tipli döyüş təyyarəsinin planlı uçuş zamanı Volqoqrad vilayətindəki boş ərazidə düşdüyünü açıqlayıb.
Bəyanatda bu ifadələrə yer verilib: “Su-24 təyyarəsi planlı təlim üçüşü zamanı qəzaya uğrayıb. Sursatsız uçuş həyata keçirən təyyarə boş əraziyə düşüb.Hadisə yerinə axtarış-xilasetmə qruplarına məxsus Mi-8 helikopterləri göndərilib”.
Pilotların vəziyyəti ilə bağlı məlumat verilməyib. Hərbi təyyarənin qəzaya uğradığı ərazidə itki və dağıntının olmadığı bildirilib.



Әlaqәli Xәbәrlәr