Liviyanın şərqindəki seldə ölən və itkin düşənlərin sayı

Liviya Milli Birlik Hökumətinin sözçüsü Muhammed Hammude ölkənin şərqində baş verən sel fəlakəti ilə əlaqədar keçirilən fövqəladə kabinet iclasından sonra sosial media hesabından açıqlama verib ...

2036053
Liviyanın şərqindəki seldə ölən və itkin düşənlərin sayı

 

  Liviyanın şərqindəki seldə ölənlərin sayı 3 mini keçib, itkin düşənlərinin sayı isə 10 mindir.

  Ölkənin şərqindəki “hökumətin baş naziri” Usamə Hammad jurnalistlərə verdiyi açıqlamada təkcə Dərnə şəhərində ölənlərin sayının 3 minə yaxınlaşdığını bildirmişdi və şəhərdəki vəziyyəti fəlakət adlandırmışdı.

  Bölgədəki hökumətin daxili işlər naziri İsam Əbu Zeribe Dərnə şəhərində güclü yağışlar nəticəsində həyatını itirən 2800-dən çox insanın cəsədinin tapıldığını, itkin düşənlərin sayının isə 7 minə çatdığını bildirmişdi.

  Derne Bələdiyyə Məclisinin üzvü Əhməd Emdur “Facebook” səhifəsində verdiyi açıqlamada şəhərdə bina və yaşayış evlərinin su altında qaldığını, infrastrukturun sel suları tərəfindən yuyulduğunu, əsas yolların dağıldığını, dövlət və özəl sektorda böyük itkilərin olduğunu yazıb.

  Liviya Milli Birlik Hökumətinin sözçüsü Muhammed Hammude ölkənin şərqində baş verən sel fəlakəti ilə əlaqədar keçirilən fövqəladə kabinet iclasından sonra sosial media hesabından açıqlama verib: “Meteoroloji məlumatlar Cəbəl əl-Əxdar bölgəsində qeydə alınan yağışın miqdarının təxminən 400 millimetr olduğunu göstərdi. Bu, Liviyada son 40 ildən çox müddətdə qeydə alınan ən yüksək yağış miqdarıdır.

  Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybe sel fəlakəti ilə əlaqədar 3 günlük matəm elan edib. Ölkə üzrə bayraqlar yarıya qədər endiriləcək”.

  Əlverişsiz hava şəraiti Liviyanın Benqazi, Beyda, Merc və Suse şəhərlərinə də təsir edib.

  Qeyd edək ki, Ə.Dibeybe beynəlxalq təşkilatları seldən zərər çəkmiş ərazilərə yardıma çağırıb.



Әlaqәli Xәbәrlәr