Şimali Koreya başçısının Rusiya səfəri

Koreya Xalq Demokratik Respublikasının (KXDR) başçısı Kim Çen İni aparan qatar Rusiyaya çatıb

2035903
Şimali Koreya başçısının Rusiya səfəri

 

  Koreya Xalq Demokratik Respublikasının (KXDR) başçısı Kim Çen İni aparan qatar Rusiyaya çatıb. Məlumatı Cənubi Koreyanın hərbi qurumları yayıb. Bu, Kim Çen İnin "Covid-19" virusu yayılmağa başlayandan sonra xaricə ilk səfəridir.

  Snetyabrın 11-də rəsmi Pxenyan Şimali Koreya dövlət başçısının Rusiyaya səfərini təsdiqləyib. 

  Xatırladaq ki, Koreya Mərkəzi Xəbər Agentliyi - KCNA K.Ç.İnin tezliklə Rusiyaya səfər edəcəyi və V.Putinlə görüşəcəyini yazmış, səfərin yer və saatını paylaşmamışdı.

  Cənubi Koreyanın “Yonhap” informasiya agentliyi isə Kim Çen İnın olduğu qatarın artıq yola düşdüyü yazmışdı.

  Xüsusi zirehli qatarla səyahətinin təxminən 20 saat çəkdiyi Kim Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumuna qatılacaq.

  Qeyd edək ki, Kim Çen İn Şimali Koreyanın sabiq başçısı, atası Kim Çen İrin təyyarə xofu səbəbindən 17 illik fəaliyyəti dövründə həmişə qatarla səyahət edir. Amma onu da bildirək ki, Çin və Rusiyaya qatarla səyahət edən ata Kim 2011-ci ildə qatarda səfərdə ikən infarkt keçirərək ölüb.

  “The New York Times” Şimali Koreya başçısının Rusiyaya səfərindən və Kimin Putinlə görüşünün “Ukraynadakı müharibədə rəsmi Moskvanın daha çox silahla təmin edilməsi imkanları və müxtəlif sahələrdə hərbi əməkdaşlığı müzakirə etmək üçün” olduğundan yazıb.



Әlaqәli Xәbәrlәr