Aİ Qarabağda qondarma prezident seçkilərini tanımadığını bəyan etdi

Aİ-nin Qarabağda keçirilən qondarma seçkilərə münasibəti ilə bağlı Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə xüsusi nümayəndəsi Cosep Borrell yazılı açıqlama verib

2035311
Aİ Qarabağda qondarma prezident seçkilərini tanımadığını bəyan etdi

 

  Avropa İttifaqı (Aİ) Azərbaycanın Qarabağ bölgəsində erməni qüvvələrinin nəzarətində olan torpaqlarda keçirilən qondarma prezident seçkiləri ilə bağlı “konstitusiya və hüquqi bazanı olmadığı”nı bəyan edib.

  Aİ-nin Qarabağda keçirilən qondarma seçkilərə münasibəti ilə bağlı Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə xüsusi nümayəndəsi Cosep Borrell yazılı açıqlama verib: “Aİ bir daha bəyan edir ki, bu seçkilərin keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımır. Avropa İttifaqı Qarabağ ermənilərinin de-fakto dövlət başçısı ətrafında birləşməsinin vacib və mümkün olduğuna inanır və Azərbaycanla nəticəyönümlü danışıqları dəstəkləməkdə qərarlıdır.

  Mən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışdım, Qarabağ ermənilərinin üzləşdiyi humanitar vəziyyətlə bağlı narahatlığımı təkrarladım. Laçın dəhlizi artıq açılmalıdır. Ağdam kimi digər yollar həll yolu kimi açıla bilər, lakin alternativ ola bilməz”.

  Qeyd edək ki, Qarabağdakı ermənilərin vəziyyəti ilə bağlı Azərbaycan və Ermənistanla danışıqları davam etdirən Aİ sentyabrın 1-də Laçın dəhlizinin və Ağdam yolunun mərhələli şəkildə açılması təklifini təqdim edib.



Әlaqәli Xәbәrlәr