Rusiya Ermənistana nota verdi

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın qeyri-dost hərəkətləri səbəbindən bu ölkəyə nota verdi.

2035059
Rusiya Ermənistana nota verdi

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın qeyri-dost hərəkətləri səbəbindən bu ölkəyə nota verdi.
Rusiya Xarici İşlər Nazirliyindən verilən bəyanatda Ermənistan səfiri Vaqarşak Arutyunyanın Rusiya Xarici İşlər Nazirliyinə çağırıldığı bildirilib.Məlumata əsasən, İrəvanın qeyri-dost hərəkətləri fonunda Ermənistan səfirinə sərt nota təqdim edilib.
Notada Roma Statutunun ratifikasiya prosesinin başlanması, Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Kiyevə səfəri və Kiyev rejiminə humanitar yardımın göstərilməsi və ABŞ hərbçilərinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi yer alıb.
Bundan başqa, etiraz notasında Ermənistanın Milli Məclisinin sədri Alen Simonyanın sentyabrın 6-da Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovaya ünvanladığı və Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqədar təhqiramiz bəyanatlarının qəbuledilməz olduğu qeyd olunub.
Bəyanatda vurğulanır ki, Moskva hesab edir ki, Rusiya və Ermənistan müttəfiq olaraq qalır və ikitərəfli razılaşmalar tam şəkildə həyata keçiriləcək.



Әlaqәli Xәbәrlәr