“Fələstinli qaçqınların əsas ehtiyacları üçün təcili bu qədər lazımdır”, F.Lazzarini

Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin Qaçqınlar Agentliyinin (UNRWA) komissarı, general Filip Lazzarini Ərəb Liqasının 160-cı Xarici İşlər Nazirləri Toplantısındakı çıxışında deyib ...

2034400
“Fələstinli qaçqınların əsas ehtiyacları üçün təcili bu qədər lazımdır”, F.Lazzarini

 

  “Fələstinli qaçqınların əsas ehtiyacları üçün təcili olaraq 190 milyon dollar lazımdır”, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin Qaçqınlar Agentliyinin (UNRWA) komissarı, general Filip Lazzarini Ərəb Liqasının 160-cı Xarici İşlər Nazirləri Toplantısındakı çıxışında deyib.

  F.Lazzarini bildirib: “2023-cü ilin sonuna qədər fələstinli qaçqınların əsas ehtiyaclarının ödənilməsi üçün təcili olaraq 190 milyon dollar lazımdır.

  Qəzza əhalisinin yarıdan çoxuna verilən ərzaq təminatının davamı üçün 75 milyon dollara ehtiyac var.

  1967-ci ildə Suriya və Qəzzadakı vətəndaş müharibələrindən İordaniyaya gələn 180 mindən çox fələstinli qaçqın getdikcə artan yoxsulluqla mübarizə aparır.

  UNRWA yardımlarını daha eyni sürətlə davam etdirə bilməyəcək.

  Qaçqınların ehtiyacları artır, UNRWA-nın da maliyyə vəziyyəti ilbəil pisləşir.

  Resurslarla tələb olunan xidmətlər arasındakı uçurum artıq daxili tədbirlərlə idarə oluna bilməyəcək qədər dərinləşib.

  UNRWA son illər yaşadığı maliyyə böhranı ilə əlaqədar fələstinli qaçqınlara xidmətlərini azaltmağa məcbur olub.

  Sentyabr ayından etibarən xidmətimizi dayandırıla bilərik”.

  Qeyd edək ki, UNRWA-nın işğal altındakı İordan çayının qərb sahili, Qəzza zolağı, İordaniya, Livan və Suriyada fələstinli qaçqınlara səhiyyə, təhsil və sosial yardım xidmətləri göstərən 1300 obyekti var.



Әlaqәli Xәbәrlәr