Braziliyada daşqınlar nəticəsində həyatını itirənlərin sayı 28 nəfərə çatıb

Həftə sonundan etibarən Braziliyanın cənub bölgəsində yağan aramsız yağışlar nəticəsində ölənlərin sayı 28 nəfərə yüksəlib.

2034329
Braziliyada daşqınlar nəticəsində həyatını itirənlərin sayı 28 nəfərə çatıb

Həftə sonundan etibarən Braziliyanın cənub bölgəsində yağan aramsız yağışlar nəticəsində ölənlərin sayı 28 nəfərə yüksəlib.
Bölgə qubernatoru Eduardo Leite keçirdiyi mətbuat konfransında axtarış-xilasetmə işlərinin Pardo çayı ətrafında aparıldığını və ölənlərin sayının arta biləcəyini bildirib.
Tropik qasırğanın səbəb olduğu torpaq sürüşməsi və daşqınlarda həyatını itirənlərin sayının 28-ə yüksəldiyini qeyd edən Leite deyib:"Rio Grande do Sul bölgəsində görünməmiş bir iqlim fəlakəti ilə mübarizə aparırıq".
Səlahiyyətlilər Rio Grande do Sul bölgəsində 67 şəhərin şiddətli fırtına və daşqınlardan zərər gördüyünü 1650 nəfərin evsiz qaldığını, 3000-dən çox insanın isə müvəqqəti olaraq təhlükəsiz ərazilərə yerləşdirildiyini açıqlayıb.
Braziliya prezidenti Luiz İnasio Lula da Silva qasırğa nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verib və “Xalqa kömək etmək üçün əlimizdən gələni edəcəyik” deyib. 

Braziliyada leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri minlərlə insanı evsiz qoyub,  çox insan həyatını itirib.



Әlaqәli Xәbәrlәr