Cens Laerke Qara Dəniz Taxıl Təşəbbüsü məsələsini qiymətləndirib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin  (OCHA) sözçüsü Cens Laerke Qara Dəniz Taxıl Təşəbbüsünün canlandırılmasına diqqət yetirdiklərini söylədi.

2033083
Cens Laerke Qara Dəniz Taxıl Təşəbbüsü məsələsini qiymətləndirib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin  (OCHA) sözçüsü Cens Laerke Qara Dəniz Taxıl Təşəbbüsünün canlandırılmasına diqqət yetirdiklərini söylədi.
Cens Laerke deyib: “Qara Dəniz Təşəbbüsünün canlandırılmasının həm Rusiya Federasiyasından, həm də Ukraynadan milyonlarla ton taxıl və gübrənin ixracını asanlaşdıracağına, bazarlardakı vəziyyəti sabitləşdirəcəyinə və Qara dənizdə təhlükəsizliyi artıracağına inanırıq''.

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin dünən Soçidə birgə mətbuat konfransı təşkil ediblər.
Mətbuat konfransında çıxış edən Rəcəb Tayyib Ərdoğan bildirib ki, çatışmazlıqlar aradan qaldırılmalı və təşəbbüs davam etdirilməlidir. İkitərəfli görüşümüz zamanı bu məsələ ilə bağlı fikirlərimizi əziz dostumla səmimiyyətlə bölüşdüm. Bu kontekstdə Birləşmiş Millətlər Təşkilatı ilə məsləhətləşərək, əhəmiyyətli irəliləyişləri ehtiva edən yeni təkliflər paketi hazırladıq.Türkiyə olaraq gözləntiləri qarşılayacaq bir həllə qısa zamanda çatacağımıza inanıram".

Vladimir Putin də öz növbəsində deyib:

"Biz taxıl dəhlizini canlandırmaq istəyirik, bunu edəcəyik. Bunu bir şərtlə edəcəyik. Biz də istəyirik ki, kənd təsərrüfatı məhsullarımız dənizə maneəsiz çıxsın".

BMT-nin baş katibi Antonio Quterreş avqustun 31-də verdiyi bəyanatda Rusiyanın təşəbbüslə bağlı şikayət və tələblərinə də baxdıqlarını qeyd edib.

“Mən Rusiyanın xarici işlər naziri Sergey Lavrova Qara Dəniz Taxıl Təşəbbüsünün canlanması üçün konkret təkliflər təqdim edən məktub ünvanladım'',-deyə BMT-nin baş katibi bildirib.

''Biz böhrandan böhrana sürüklənən və daim dayandırılan təşəbbüs istəmirik. Biz faydalı təşəbbüsü dəstəkləyirik” deyən Antonio Quterreş bildirib ki, təkliflər Rusiya ərzaq və gübrələrinin qlobal bazarlara daha effektiv və sərfəli qiymətlərlə çıxmasını təmin etmək məqsədi daşıyır.



Әlaqәli Xәbәrlәr