Şarl Mişel Azərbaycan və Ermənistanla təmaslarını davam etdirir

Bu barədə Avropa Şurası Prezidentinin ofisindən verilən bəyanatda vurğulanıb.

2032074
Şarl Mişel Azərbaycan və Ermənistanla təmaslarını davam etdirir

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin Qarabağdakı erməniəsilli şəxslərin vəziyyəti ilə bağlı Azərbaycan və Ermənistanla təmaslarını davam etdirdiyi bildirilib.
Bu barədə Avropa Şurası Prezidentinin ofisindən verilən bəyanatda vurğulanıb.
Bəyanatda deyilir:"Avropa Şurasının Prezidenti Şarl Mişel Laçın yolunun tam fəaliyyəti və Ağdam yolunun açılmasında ardıcıllığı əks etdirəcək mərhələli yanaşma təklif edib''.
Bəyanatda bildirilib ki, Şarl Mişelin komandası son günlərdə Qarabağdakı ermənilərin olduğu ərazilərə çıxışla bağlı Bakı, İrəvan və Qarabağdakı erməniəsilli şəxslərin nümayəndələri ilə əlaqə saxlayır.
Aİ-nin Laçın yolunun açılmasının vacibliyinə inandığı vurğulanan bəyanatda Ağdam yolundan istifadənin təcili gündəlik ehtiyacların ödənilməsi üçün həllin bir hissəsi ola biləcəyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr