Misirdə sərnişin gəmisi batıb, ölən var

Misirin Luksor şəhərində “Tivoli Nil” adlı sərnişin gəmisinin batması nəticəsində iki ekipaj üzvündən biri ölüb, digəri isə itkin düşüb.

2030759
Misirdə sərnişin gəmisi batıb, ölən var

Misirin Luksor şəhərində “Tivoli Nil” adlı sərnişin gəmisinin batması nəticəsində iki ekipaj üzvündən biri ölüb, digəri isə itkin düşüb.
Məlumata görə, sərnişin gəmisi Luksorda texniki baxış zamanı batıb.
Luksor Valiliyindən verilən açıqlamada, batan gəmidəki 2 misirli personaldan birinin öldüyü, birinin isə itkin düşdüyü bildirilib. İtkin düşən şəxsin tapılması istiqamətində əməliyyatların davam etdiyi qeyd olunub.
Luksor valisi Mostafa Alham verdiyi açıqlamada sərnişin gəmisinin 2010-cu ildən bəri xidmət vermədiyini və qış turizmi üçün texniki baxışdan keçirildiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.


Etiketlәr: #gəmi batıb , #Misir

Әlaqәli Xәbәrlәr