Castin Trüdo Volodimir Zelenskinin G20 sammitinə dəvət edilmәmәsini tənqid edib

Kanadanın baş naziri Castin Trüdo Ukrayna prezidenti Volodimir Zelenskinin Hindistanın ev sahibliyində keçiriləcək G20 liderlərinin sammitinə dəvət edilməməsinə münasibət bildirib.

2029324

Məlumata görə, Castin Trüdo Ukrayna lideri Volodimir Zelenski ilə telefon əlaqəsi saxlayıb. Castin Trüdonun söhbәt zamanı Volodimir Zelenskini Ukraynanın Müstəqillik Günü münasibətilə təbrik etdiyi bildirilib.
Volodimir Zelenskinin rəsmi internet səhifəsində telefon danışığı ilə bağlı edilən paylaşımda liderlərin iki ölkə arasındakı münasibətləri və əməkdaşlığı müzakirə etdikləri qeyd olunub.
Casti Trüdo Volodimir Zelenskinin G20 sammitinə dəvət edilmәmәsini tənqid edib. Ukraynanı hər platformada dəstəkləyəcəyini bildirən Castin Trüdo deyib:''Biz bu görüşdə (G20 sammiti) sizin üçün güclü şəkildə danışmağa davam edəcəyik. Rusiya-Ukrayna müharibəsi nə qədər davam etsə də, bütün kanadalılar yanınızda olmağa davam edəcək”.
Volodimir Zelenski  söhbət zamanı Kanadanın Baş naziri Castin Trüdoya verdiyi dəstəyə görə təşəkkür edib.
Qeyd edәk ki, Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar Ukraynanı ölkəsinin  ev sahibliyində keçiriləcək G20 liderlərinin sammitinə dəvət etməyi düşünmədiklərini açıqlayıb.

Әlaqәli Xәbәrlәr