Nigeriyada qeyri-qanuni neft emalı zavodları ordu tərəfindən məhv edilib

Nigeriyanın cənubunda oğurlanmış xam neftin qanunsuz emalı üçün istifadə edilən 8 obyekt dağıdılıb.

2028908
Nigeriyada qeyri-qanuni neft emalı zavodları ordu tərəfindən məhv edilib

Afrika qitəsinin neft və qazla zəngin ölkəsi Nigeriyanın cənubunda oğurlanmış xam neftin qanunsuz emalı üçün istifadə edilən 8 obyekt dağıdılıb.
Ordu sözçüsü Onyema Nvaçukvu bildirib ki, ordu ölkənin cənubundakı Delta əyalətində qaçaqmalçılara qarşı əməliyyatlar aparır.

Nvaçukvu əməliyyat zamanı oğurlanmış xam neftin qeyri-qanuni emalı üçün istifadə edilən 8 qeyri-qanuni obyektin məhv edildiyini bildirib.

Əməliyyatda 200 min litr xam neft və 90 min litr dizel yanacağı olan 14 anbarın məhv edildiyini qeyd edən Nvaçukvu əməliyyat zamanı bölgədəki şübhəlilərin qaçdığını qeyd edib.

Qeyd edək ki, Nigeriya dünyada ən çox neft ehtiyatına malik 8-ci ölkədir.

Nigeriyada 200-dən çox qeyri-qanuni neft emalı zavodu fəaliyyət göstərir.

Ölkənin müəyyən edilmiş neft ehtiyatları təqribən 37 milyard barreldir ki, bu da dünya ehtiyatlarının 3,1 faizini təşkil edir.

Xam neft hasilatına görə dünyanın ilk 15 ölkəsi arasında olan Nigeriya, ən çox neft ehtiyatına malik dünyada 8-ci, neft ixracına görə isə 6-cı yerdədir.

Neft yataqlarının yerləşdiyi Delta bölgəsində silahlı qruplar tərəfindən neft mədənlərinin təxribatı, qarşıdurma və adam oğurluğu baş verir.



Әlaqәli Xәbәrlәr