Cənubi Afrikada keçirilən BRICS ölkələrinin sammiti başa çatıb

Yohannesburqda keçirilən BRICS ölkələrinin sammiti başa çatıb.

2028910
Cənubi Afrikada keçirilən BRICS ölkələrinin sammiti başa çatıb

Cənubi Afrika Respublikasının ev sahibliyi ilə 22-24 avqust tarixlərində Yohannesburqda keçirilən BRICS ölkələrinin sammiti başa çatıb.
Sammit Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət BRİKS ölkələri qrupunun yeni üzvlərin qəbulu qərarı baxımından tarixi bir zirvə olaraq gündəmdə öz yerini alıb.

Dünyanın 70-ə yaxın ölkəsinin dəvət olunduğu sammitdə dövlət və hökumət başçıları səviyyəsində bir çox ölkə iştirak edib.
Yohannesburqda keçirilən sammitin ilk 2 günündə BRİCS ölkələrinin liderləri mövcud müraciətləri və üzvlük kriteriyalarını müzakirə edərək, Argentina, BƏƏ, Efiopiya, İran, Misir və Səudiyyə Ərəbistanı kimi 6 ölkəni dəvət etmək qərarına gəliblər.

Gələn ildən BRİCS üzvlərinin sayı 11-ə yüksələcək, 2024-cü il yanvarın 1-dən yeni üzvlər qoşulacaq.

Sammitin digər mühüm gündəm maddəsi BRİCS-in ortaq valyutası olub. ABŞ dollarının hegemonluğunu qırmaq istəyən Çinin irəli sürdüyü ortaq valyuta ideyası Rusiya tərəfindən dəstəklənsə də, Cənubi Afrika kimi nisbətən kiçik iqtisadiyyatı və əhalisi olan ölkələr tərəfindən qəbul edilməyib.
Zirvə toplantısının son günündə keçirilən BRICS Plus toplantısına dünyanın hər yerindən, xüsusən də Afrika ölkələrindən yüksək səviyyəli iştirakçılar cəlb olunub.

İclasda İran, Banqladeş, Boliviya, Kuba, İndoneziya, Seneqal, Zambiya, Burundi, Komor adaları, Konqo Respublikası, Cibuti, Namibiya, Liviya və Çad dövlət və hökumət başçıları səviyyəsində iştirak edib, bir çox ölkə isə xarici dövlətlərlə təmsil olunub. 

 Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş də sammitə qatılanlar arasında olub.

Sammitin yekun proqramında Çin Xalq Respublikasının sədri Si Cinpin və Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Seneqal, Zambiya, Burundi, Komor adaları, Konqo Respublikası, Cibuti, Namibiya, Liviya və Çad liderləri ilə dəyirmi masa toplantısında görüşüblər.

Qeyd edək ki, dünya əhalisinin 40 faizindən çoxunu və qlobal məhsulun 30 faizindən çoxunu təşkil edən BRİCS ölkələri qrupu hər il keçirilən sammitlərdə üzv ölkələrin liderlərinin bir araya gəldiyi və qlobal problemlərin müzakirə edildiyi, qarşılıqlı əməkdaşlıq məsələlərini danışdıqları beynəlxalq forumdur.



Әlaqәli Xәbәrlәr