Samih Şükri və Entoni Blinken beynəlxalq məsələləri müzakirə ediblər

Misirin xarici işlər naziri Samih Şükri Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Entoni  Blinken ilə ikitərəfli münasibətləri, eləcə də  əhəmiyyət kəsb edən beynəlxalq və regional məsələləri müzakirə edib.

2027619

Misir Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Samih Şükri amerikalı həmkarı Entoni Blinkenlə telefon əlaqəsi saxlayıb.

Samih Şükri və Entoni Blinken söhbət zamanı inkişaf, iqtisadi və hərbi əməkdaşlığın əhatə dairəsini genişləndirərək iki ölkə arasındakı strateji tərəfdaşlığın gücləndirilməsi ilə bağlı görülən işlərin əhəmiyyətini vurğulayıblar.
Telefon danışığında Sudan, Liviya, Niger və Suriyadakı böhranı müzakirə etmək üçün qurulan Ərəb Nazirləri Əlaqələndirmə Komitəsinin paytaxt Qahirədə keçirilən ilk iclası və işğal altındakı Fələstin torpaqlarındakı proseslər başda olmaqla beynəlxalq və regional məsələlər müzakirə olunub.
Tərəflər həmçinin qarşıdakı dövrdə regionda artan çətinliklərə qarşı iki ölkə arasında davam edən məsləhətləşmə və koordinasiyanı davam etdirmək mövzusunda razılıq əldə ediblər.

Әlaqәli Xәbәrlәr