Afrika Birliyi Nigerin üzvlüyünü təxirə saldı

Nigerə hərbi müdaxilədən sonra Afrika Birliyi (AfB) bu ölkənin üzvlüyünü təxirə saldığını açıqlayıb.

2027865
Afrika Birliyi Nigerin üzvlüyünü təxirə saldı

Nigerə hərbi müdaxilədən sonra Afrika Birliyi (AfB) bu ölkənin üzvlüyünü təxirə saldığını açıqlayıb.

Afrika Birliyi Sülh və Təhlükəsizlik Şurasından verilən yazılı açıqlamada 26 iyul hərbi müdaxilədən sonra Nigerin bütün Afrika Birliyinin fəaliyyətlərində iştirakının dayandırıldığı bildirilib.

Hakimiyyəti ələ keçirən xunta prezident Məhəmməd Bazumu azad etməyə və ordunun kazarmalara qayıtmasına çağırılıb.

Digər tərəfdən, bütün üzv dövlətlərə və beynəlxalq ictimaiyyətə müraciət edilərək, Nigerdə ​​hərbi idarəçiliyi qanuniləşdirəcək hər hansı hərəkətdən imtina edilməsinin lazım olduğu qeyd edilib, Afrikadan kənarda hər hansı bir gücün və ya ölkənin müdaxiləsi sərt şəkildə rədd edilib. 

Əlcəzair isə Fransanın Nigerə hərbi müdaxilə üçün öz hava məkanını açmaq istəyini rədd edib.

Əlcəzairin dövlət radiosunun xəbərində Əlcəzairin rədd cavabı ilə üzləşən Fransanın Mərakeşə üz tutduğu və Mərakeş rəsmilərinin bu istəyə müsbət cavab verdiyi bildirilib.

Qeyd edək ki, prezident Bazum iyulun 26-da Prezident Mühafizə Alayının ünsürləri tərəfindən saxlanılıb və həmin axşam əsgər administrasiyanı ələ keçirdiyini elan edib.

Vətənin Müdafiəsi üzrə Milli Şuranın sədri Abdurahman Çiani iyulun 28-də keçid hökumətinin başçısı olub.

Keçid hökuməti avqustun 7-də Lamine Zeyni Baş nazir təyin edib və avqustun 10-da əsgər və mülki şəxslərdən ibarət 21 nəfərlik Nazirlər Kabinetini elan edib.



Әlaqәli Xәbәrlәr