ABŞ Polşaya ''Apache'' helikopterlərinin satışını təsdiqlədi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Departamenti Polşaya 12 milyard dollar məbləğində ''Apache'' helikopterlərinin və müvafiq avadanlıqların satışını təsdiqlədi.

2027689

ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyindən verilən bəyanatda ABŞ Dövlət Departamentinin Polşaya 12 milyard dollar məbləğində 96 ədəd "AH-64E Apache" helikopteri və müvafiq  avadanlıqların göndərilməsinə icazə verdiyi bildirilib.
Bəyanatda satışın təsdiqlənməsi ilə bağlı Konqresə bildiriş göndərildiyi qeyd olunub.
Dövlət Departamentinin silah satışına icazə verməsi sadəcə olaraq satışın ABŞ administrasiyası üçün problem olmadığını bildirir.
ABŞ Konqresi 30 iş günü ərzində Departamentin qərarına etiraz etməzsə, administrasiya satış paketinin məzmunu ilə bağlı satışın təsdiq edildiyi ölkə ilə danışıqlara başlayır.
Bu danışıqların sonunda ABŞ həmin ölkəyə təklif məktubu təqdim edir. Təklif müsbət cavab alarsa, satınalma prosesi baş verir.

Әlaqәli Xәbәrlәr