Vucic Ərdoğanla görüşünü qiymətləndirib

Serbiya prezidenti Aleksandar Vucic Türkiye ilə münasibətləri ən yaxşı şəkildə davam etdirməyin onlar üçün vacib olduğunu bildirib.

2027073
Vucic Ərdoğanla görüşünü qiymətləndirib

Serbiya prezidenti Aleksandar Vucic Türkiye ilə münasibətləri ən yaxşı şəkildə davam etdirməyin onlar üçün vacib olduğunu bildirib.

Vuçiç Macarıstanın Milli Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində Budapeştdə prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra sosial media hesabında paylaşım edib.

Vuçiç paylaşımanda prezident Ərdoğanı etiketləyərək, "Həmişə Ərdoğanla ikitərəfli və regional məsələləri vacib və açıq şəkildə müzakirə etdiklərini" qeyd edib.

Vucic paylaşımında “Türkiye ilə münasibətlərimizi mümkün qədər yaxşı saxlamaq bizim üçün vacibdir və bu görüş qarşılıqlı maraq doğuran bütün sahələrdə onsuz da yaxşı olan Serbiya-Türkiye əməkdaşlığının gücləndirilməsi istiqamətində növbəti addım oldu” deyib.

Paylaşımında prezident Ərdoğanla bölgədə sülhün və sabitliyin qorunması məsələsini də müzakirə etdiklərini qeyd edən Vuçiç Türkiyenin konstruktiv fəaliyyəti ilə regionda ən nüfuzlu beynəlxalq aktorlardan biri olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr