"Hilari" Kaliforniyanı vurdu
ABŞ Milli Meteoroloji Xidmətinin məlumatına görə, 1939-cu il sentyabrın 25-dən Cənubi Kaliforniyada tropik qasırğa yaşanmayıb
Meksikanın Sakit okean sahillərində daha təsirli olması və ABŞ-nin Kaliforniya əyalətinin cənubunda tropik fırtınaya çevrilməsi ehtimal olunan "Hilari" qasırğasının kateqoriyasının 4-ə yüksəldildiyi bildirilib. Bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.
"Hilari" qasırğası Meksika sahillərində böyüyüb və bu səhər ərazidə küləyin sürəti saatda 140 milə çatıb.
Qeyd edilib ki, qasırğanın 26 avqusta qədər Meksikanın Aşağı Kaliforniya yarımadasına çatacağı proqnozlaşdırılır. Qasırğanın Kaliforniyanın cənubunda güclü külək və leysan yağışlarına səbəb olacağı da istisna edilmir.
ABŞ Milli Meteoroloji Xidmətinin məlumatına görə, 1939-cu il sentyabrın 25-dən Cənubi Kaliforniyada tropik qasırğa yaşanmayıb.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.