İsrail qüvvәlәri fәlәstinlilәrә sәrt müdaxilә edib

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində keçirilən nümayişlərə sərt müdaxiləsi nəticəsində 11 fələstinlinin yaralandığı bildirilib.

2026570
İsrail qüvvәlәri fәlәstinlilәrә sәrt müdaxilә edib

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində keçirilən nümayişlərə sərt müdaxiləsi nəticəsində 11 fələstinlinin yaralandığı bildirilib.

Fələstinlilər hər həftə olduğu kimi, cümə namazından sonra qeyri-qanuni yaşayış məntəqələrinə qarşı etiraz aksiyası keçiriblər.

Məlumata əsasən, nümayişlər Nablusun Beyt Decen və Karyut və Kalkiyanın şərqindəki Kefr Kaddum bölgələrində keçirilib.

İsrail qüvvələrinin nümayişçilərə həqiqi və rezin güllələr, həmçinin gözyaşardığı qazla müdaxilə etdiyi bildirilib.

Kefr Kaddumdakı Xalq Müqavimət Komitələrinin koordinatoru Murad Şitivi verdiyi yazılı açıqlamada, İsrail qüvvələrinin Kefr Kaddumda nümayişçilərə rezin güllələrlə müdaxilə etməsi nəticəsində 10 fələstinlinin yaralandığını, onlarla insanın gözyaşardıcı qazdan zəhərləndiyini bildirib.

Nablusun cənubundakı Karyut qəsəbəsində keçirilən  nümayişlər zamanı  yəhudilərlə fələstinlilər arasında qarşıdurma baş verib. Qarşıdurma zamanı yəhudilərin atəş açması nəticəsində bir fələstinli yaralanıb.

Beyt Decendə biri jurnalist olmaqla onlarla fələstinli gözyaşardıcı qazdan zəhərlənib.

Fələstinlilər hər həftə İordan çayının qərb sahilinin müxtəlif bölgələrində qeyri-qanuni yaşayış məntəqələrinə öz etirazını bildirmək üçün aksiya keçirir. İsrail qüvvələri isə aksiyaçılara sərt müdaxilə edir.



Әlaqәli Xәbәrlәr