NATO Türkiyenin ilk qadın admiralı Gökçen Fıratı təbrik etdi

NATO Türkiyenin ilk qadın admiralı Gökçen Fırat üçün təbrik mesajı yayıb.

2026119
NATO Türkiyenin ilk qadın admiralı Gökçen Fıratı təbrik etdi

NATO Türkiyenin ilk qadın admiralı Gökçen Fırat üçün təbrik mesajı yayıb. 
"Gökçen Fıratın mövqeyi alyansın dəniz əməliyyatları və təlimlərinin müvəffəqiyyəti üçün kritik əhəmliyyətə sahibdir", - açıqlamada deyilib.
Qeyd edək ki, NATO Media Mərkəzi İngiltərədəki NATO Müttəfiq Dəniz Komandanlığında (MARCOM) əməliyyatlardan məsul komandan müavini olan Gökçen Fıratın admirallığa yüksəldilməsi ilə bağlı açıqlama yayıb.

Açıqlamada Türkiye Silahlı Qüvvələrində admiral rütbəsinə yüksələn ilk qadın kontr-admiral Gökçen Fıratın NATO-dakı missiyasının təfərrüatları paylaşılıb.

Bəyanatda deyilir ki, Gökçen Fıratın mövqeyi NATO-nun dörd daimi dəniz qüvvələrinin çoxmillətli böyük missiyalarda iştirakı da daxil olmaqla, alyans miqyasında dəniz əməliyyatları və təlimlərinin müvəffəqiyyəti üçün kritik əhəmiyyət daşıyır.

Kontr-admiral Gökçen Fıratın MARCOM missiyasından əvvəl Norveçdəki NATO Müştərək Müharibə Mərkəzində də xidmət etdiyi bildirilən açıqlamada G.Fıratla bağlı qiymətləndirmələrə də yer alıb.

Admiral vəzifəsinin dənizçi üçün ən yüksək rütbə olduğunu bildirən Gökçen Fırat bu məqama çatmaqdan qürur duyduğunu söyləyib.

Hər bir missiyanın təcrübəsini artırmaq və baxışını inkişaf etdirmək üçün bir fürsət olduğunu qeyd edən G.Fırat “Türkiye Dəniz Qüvvələri Komandanlığında ilk qadın gəmi komandiri təyin olunmağım məni həvəsləndirdi və hədəflərimə çatmaq üçün perspektivimi gücləndirdi” ifadələrindən istifadə edib.

Gökçen Fırat həmçinin, "Millətimizə və ordumuza şərəflə, sədaqətlə və güzəştlə ən yüksək səviyyədə xidmət edəcək qadın admiral və generalların sayının artacağına inanıram" deyib.

Xatırladaq ki, Milli Təhlükəsizlik Şurası qərarları çərçivəsində bu il ilk dəfə Türkiye Silahlı Qüvvələrində bir qadın polkovnik daha yüksək rütbəyə, Dəniz Qüvvələrində qərargah polkovniki Gökçen Fırat kontr-admiral rütbəsinə yüksəldilərək Türkiye Silahlı Qüvvələrində bir ilkə imza atılıb.



Әlaqәli Xәbәrlәr