İsrail qüvvələri Cenin şəhərinə basqın edib

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhərinin Burkin, Turah əş-Şühəda və Yabad qəsəbələrinə basqın edib.

2026434
İsrail qüvvələri Cenin şəhərinə basqın edib

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhərinin Burkin, Turah əş-Şühəda və Yabad qəsəbələrinə basqın edib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, səhər radələrində İsrail hərbçilərinin Burkin qəsəbəsinə keçirdiyi reyd zamanı İsrail qüvvələri ilə Fələstin silahlı qrupları arasında toqquşma baş verib.

Cenin şəhər mərkəzi və Yabad qəsəbəsində basqına müqavimət göstərən İsrail qüvvələri ilə fələstinlilər arasında toqquşma yaranıb.

İsrail qüvvələri fələstinlilərə həqiqi güllə və gözyaşardıcı qazla müdaxilə edib. Onlarla fələstinli qazdan zərər çəkib.

Digər tərəfdən, Fələstinin rəsmi agentliyi WAFA İsrail qüvvələrinin Ceninin Fəkua və Fəhme qəsəbələrində iki fələstinlini nəzarətə götürdüyünü bildirib.

Saxlanılanların Əhməd Camal Fəhməvi və Mümin Saabine olduğu, saxlanma səbəblərinin məlum olmadığı qeyd edilib.

Qeyd edək ki, İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində Fələstin kənd və qəsəbələrinə ara-sıra basqınları bölgədə gərginliyi artırır.

İsrail qüvvələrinin 3 iyulda Cenin və Cenin Qaçqınlar Düşərgəsinə təşkil etdiyi basqında 4-ü uşaq olmaqla 12 fələstinli ölüb, 20-si ağır olmaqla 120-yə yaxın adam yaralanıb. Hadisələrdə bir İsrail əsgəri də həlak olub.



Әlaqәli Xәbәrlәr