Aleksandr Lukaşenko Çinin müdafiə nazirini qəbul edib

Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Çin ilə dünyanın indiki və gələcək nizamı ilə bağlı eyni fikirləri bölüşürlər.

2026372
Aleksandr Lukaşenko Çinin müdafiə nazirini qəbul edib

Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Çin ilə dünyanın indiki və gələcək nizamı ilə bağlı eyni fikirləri bölüşürlər.

Belarusun BELTA xəbər agentliyinin məlumatına görə, Lukaşenko paytaxt Minskə səfər edən Çinin müdafiə naziri Li Şanfu ilə görüşüb.

Lukaşenko görüşdə "Belarus və Çin İkinci Dünya Müharibəsindən sonra müəyyən edilmiş çoxqütblü dünya, ərazi bütövlüyü və sərhədlərin birliyinin tərəfdarıdır. Onlar ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə sadiq qalır” deyib.

Lukaşenko bildirib ki, Çinin daxili və xarici siyasəti tamamilə ədalətlidir və mübahisələrin və münaqişələrin sülh yolu ilə həllinə yönəlib.

Lukanşenko dünyanın qeyri-sabit bir dövrdən keçdiyini, bunun həm Belarusun, həm də Çinin günahı olmadığını, bu şərtlərdə Rusiya və Çinin dostluğuna arxalandıqlarını ifadə edərək, Belarus və Çin arasındakı hərbi əməkdaşlığın üçüncü ölkələri hədəfə almadığını vurğulayıb. 
Çinin müdafiə naziri Li Şanfu Belarus liderinin mart ayında Pekinə səfəri zamanı Çinin dövlət başçısı Si Cinpinlə hərbi əməkdaşlığın, o cümlədən müdafiə sənayesinin inkişafı ilə bağlı razılığa gəldiyini xatırladıb, səfərinin bu yüksək səviyyəli razılaşmanı praktikada tətbiq etmək məqsədi daşıdığını qeyd edib.



Әlaqәli Xәbәrlәr