BMT: ''Sudanda 4,3 milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb''

Birləşmiş Millətlər Təşkilatı (BMT) münaqişənin davam etdiyi Sudanda 4,3 milyondan çox insanın məcburi köçkün vəziyyətinə düşdüyünü açıqlayıb.

2025043
BMT: ''Sudanda 4,3 milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb''

Birləşmiş Millətlər Təşkilatı (BMT) münaqişənin davam etdiyi Sudanda 4,3 milyondan çox insanın məcburi köçkün vəziyyətinə düşdüyünü açıqlayıb.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Uilyam Spindler BMT-nin Cenevrədəki ofisində keçirdiyi həftəlik mətbuat konfransında Sudan ordusu ilə hökumətin üsyançı elan etdiyi xüsusi təyinatlı qüvvələr arasında aprelin 15-dən etibarən davam edən vətəndaş müharibəsini qiymətləndirib.
"Sudanda münaqişə başlayandan bəri 4,3 milyon insan məcburi köçkün vəziyyətinə düşüb. Bu rəqəmə qonşu ölkələrə gedən 900 mindən çox qaçqın  və Cənubi Sudana qayıtmaq məcburiyyətində qalan 195 min cənubi sudanlı daxildir. Münaqişələrin başladığı gündən etibarən 3,2 milyondan çox sudanlı ölkə daxilində məcburi köçkün vəziyyətinə düşüb''.
Uilyam Spayndler bu vəziyyətin davam edəcəyi təqdirdə Sudan və qonşu ölkələrdəki izdihamın artacağını bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris Sudandakı münaqişələrin insanların həyatına və sağlamlığına dağıdıcı təsir göstərdiyinə diqqət çəkib.

"Münaqişədən ən çox zərər çəkmiş bölgələrdəki xəstəxanaların təxminən 67 faizi fəaliyyətini dayandırıb. Ümumdünya Səhiyyə Təşkilatı  münaqişə başlayandan bəri sağlamlıq mərkəzlərinə qarşı 53 hücumu təsdiqləyib. Bu hücumlar 11 nəfərin ölümünə, 38 nəfərin yaralanmasına səbəb olub'',-deyə Marqaret Harris qeyd edib.

Sudanda qızılca, malyariya və dange qızdırması kimi davam edən epidemiyaları pisləşən səhiyyə sistemi səbəbindən idarə etməkdə çətinlik yaşadıqlarını vurğulayan Harris ölkənin 40 faizinin aclıqla üzləşdiyini bildirib.

Aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartumda və digər şəhərlərində Sudan ordusu ilə xüsusi təyinatlı qüvvələr arasında silahlı toqquşmalar başlayıb.
Qarşıdurmalar nəticəsində  əksəriyyəti mülki şəxslər olmaqla 3000-dən çox insan həlak olub, on minlərlə insan yaralanıb.


Etiketlәr: #BMT , #qarşıdurma , #Sudan

Әlaqәli Xәbәrlәr