Dağıstanda yanacaqdoldurma mәntәqәsindә partlayış, ölәn vә yaralananlar var

Rusiya Federasiyasına tabe olan Dağıstan Muxtar Respublikasında yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində həyatını itirənlərin sayı 27-yə yüksəlib.

2024814
Dağıstanda yanacaqdoldurma mәntәqәsindә partlayış, ölәn vә yaralananlar var

Rusiya Federasiyasına tabe olan Dağıstan Muxtar Respublikasında yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində həyatını itirənlərin sayı 35 nəfərə yüksəlib.

Dağıstan Muxtar Respublikasının prezidenti Sergey Məlikov verdiyi açıqlamada Maxaçqalada dünən axşam saatlarında yanacaqdoldurma məntəqəsində baş verən partlayışda yaralananların müalicəsinin davam etdiyini bildirib.

Sergey Məlikov qeyd edib ki, partlayış nəticəsində ölənlərin sayı 35-ə, yaralıların sayı isə 80-nə çatıb.

Dağıstan İstintaq Komitəsi də hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən yazılı açıqlamada Dağıstan Muxtar Respublikasının Maxaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş verən partlayışdan sonra nazirlik qruplarının hadisə yerində işlərini davam etdirdiyi qeyd edilib.

Açıqlamada partlayışda ölənlərin sayının 35-ə yüksəldiyi bildirilib. Rusiya Səhiyyə Nazirliyi isə 80 nəfərin yaralandığı qeyd edib.



Әlaqәli Xәbәrlәr