Çin müdafiə nazirinin Rusiya və Belarus səfəri

Çin Müdafiə Nazirliyinin məlumatına görə ...

2024338
Çin müdafiə nazirinin Rusiya və Belarus səfəri

 

  Çinin müdafiə naziri Li Şanfun Rusiya və Belarusa səfər edəcək.

  Çin Müdafiə Nazirliyinin məlumatına görə, nazir Li avqustun 15-də Rusiyada keçiriləcək XI Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak və çıxış edəcək.

  Paytaxt Moskvaya səfəri zamanı Li Şanfun 24 fevral 2022-ci il tarixindən bu yana davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı Qərblə davam edən gərginliklə əlaqədar Rusiya müdafiə rəsmiləri ilə görüşəcək.

  Çinli nazir Belarusda prezident Aleksandr Lukaşenko və müdafiə rəsmiləri ilə bir araya gələcək.

  Xatırladaq ki, 2023-cü ilin mart ayında vəzifəsinin icrasına başlayan Li Şanfun apreldə Moskvada olmuş, ölkə prezidenti Vladimir Putinlə, iyul ayında isə Çinə səfəri zamanı paytaxt Pekində Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Nikolay Yevmenovla görüşüb.



Әlaqәli Xәbәrlәr