Mərakeşdə 130 seneqallı qeyri-qanuni miqrant xilas edilib

Mərakeş sahil mühafizəçiləri ölkənin cənubundakı Daxla əyalətinin sahillərində quruya çıxan qayıqdan 130 seneqallı qeyri-qanuni miqrantı xilas ediblər.

2023932

Mərakeş rəsmi agentliyi MAP-ın xəbərində, dünən sahilə çıxan sözügedən qayığın yerini sahil təhlükəsizlik qüvvələrinin təyin etdiyi bildirilib.

Xəbərdə Seneqaldan olan 130 qeyri-qanuni immiqrantın gəmidə xilas edildiyi bildirilərək, adı çəkilən mühacirlərin məhkəmə prosesinin tamamlanması üçün səlahiyyətlilərə təhvil verildiyi ifadə edilib.

Qayığın İspaniyanın nəzarətindəki Kanar adalarına getmək üçün Seneqalın Thies şəhərindən yola düşdüyü bildirilib.

Xatırladaq ki, Mərakeş Daxili İşlər Nazirliyi iyun ayında verdiyi açıqlamada ilin ilk 5 ayında 25 519 qeyri-qanuni miqrasiya cəhdinin qarşısının alındığını və 3 150 qeyri-qanuni miqrantın xilas edildiyini açıqlayıb.

Mərakeş Avropa sahillərinə yaxın coğrafi mövqeyinə görə qeyri-qanuni miqrantların sıx tranzit məntəqəsi kimi istifadə etdiyi bölgələr arasındadır.

Әlaqәli Xәbәrlәr