Çaddakı qaçqın böhranı daha da pisləşə bilər

Abdurrauf Qnon Konde Çaddakı qaçqın böhranının daha da pisləşə biləcəyini bildirib.

2023274
Çaddakı qaçqın böhranı daha da pisləşə bilər

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Qərbi-Mərkəzi Afrika Regional Ofisinin direktoru Abdurrauf Qnon Konde Çaddakı qaçqın böhranının daha da pisləşə biləcəyini bildirib. 

Q.Konde ilk dəfə səfər etdiyi Çadın paytaxtı Ncamena şəhərində ölkədəki humanitar vəziyyətlə bağlı mətbuat konfransı keçirib.

Dünyadakı yardımda tələb-təklif balanssızlığına işarə edən Q.Konde bu vəziyyətin ehtiyacı olanlara xidmət imkanlarını ciddi şəkildə məhdudlaşdırdığını vurğulayıb.

Abdurrauf Qnon Konde qaçqınların ən ciddi probleminin sığınacaq və yemək olduğunu deyib.

Qaçqın böhranının hələ bitmədiyini vurğulayan Konde "Bu vəziyyət daha da pisləşə bilər. Ona görə də hazır olmalıyıq" deyə qeyd edib. 

"Hazırda qaçqınların sayı 358 mini keçib və hər şey göstərir ki, bu, tezliklə səngiməyəcək. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının bizə ayırdığı məbləğ 388 milyon dollar olsa da, biz bu məbləğin yalnız 26 faizini əldə etmişik", -deyə o bildirib. 

Direktor Konde bəyan edib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi yaxın vaxtlarda geniştərkibli heyətlə Çada səfər edəcək.



Әlaqәli Xәbәrlәr