Pakistanda Milli Assambleyanın buraxılması təsdiqlənib

Pakistan Prezidenti Arif Alvi Baş nazir Şahbaz Şərifin göndərdiyi Milli Assambleyanın vaxtından əvvəl buraxılması barədə sənədi təsdiqləyib.

2022537
Pakistanda Milli Assambleyanın buraxılması təsdiqlənib

Pakistanda prezident Arif Alvi konstitusiyanın 58-1-ci maddəsinə uyğun olaraq Baş nazirin məsləhəti ilə Milli Məclisi buraxıb.

Prezident Arif Alvi Baş nazir Şahbaz Şərifin göndərdiyi Milli Assambleyanın vaxtından əvvəl buraxılması barədə sənədi təsdiqləyib.

Daxili işlər naziri Rana Sanaullah dünən paytaxt İslamabadda verdiyi açıqlamada bildirib ki, əhalinin yeni siyahısına əsasən, seçki dairələri yenidən təşkil olunarsa, Seçki Komissiyası ümumi seçkiləri 2024-cü ilin fevral və ya mart ayına təxirə sala bilər.

Müvəqqəti hökumətin baş naziri hələ dəqiq deyil

Baş nazir Şərif və ana müxalifət lideri Raca Riazın müvəqqəti hökumətin baş nazirinin kim olacağını və ümumi seçkilərə qədər ölkəni kimin idarə edəcəyini müəyyən etmək üçün sabah görüşəcəyi gözlənilir.

Baş nazir Şərif müvəqqəti hökumətin baş naziri təyin olunana qədər vəzifəsini davam etdirəcək.

Qeyd edək ki, Pakistanda sonuncu ümumi seçkilər 25 iyul 2018-ci ildə keçirilib və İmran Xan hökuməti vəzifəyə başlayıb.

10 aprel 2022-ci ildə Pakistan parlamentində keçirilən etimadsızlıq səsverməsində İmran Xan hökuməti 174 "yox" səsi ilə buraxılıb.

2022-ci il aprelin 11-də Məclisdə keçirilən seçkidə ölkədə üç müddət baş nazir vəzifəsini icra edən Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 174 səslə mütləq çoxluğun dəstəyi ilə baş nazir seçilib.



Әlaqәli Xәbәrlәr