Malidә terror aktları nәticәsindә 17 nәfәr ölüb

Yerli media orqanlarının yaydığı məlumata görə, naməlum silahlı şəxslər ölkənin Bandiaqara şəhərinə hücum ediblər.

2021992
Malidә terror aktları nәticәsindә 17 nәfәr ölüb

Malidə törədilən 2 terror aktı nəticəsində 17 nəfər həlak olub

Yerli media orqanlarının yaydığı məlumata görə, naməlum silahlı şəxslər ölkənin Bandiaqara şəhərinə hücum ediblər. Hadisə nəticəsində 15 nəfər ölüb, 3 nəfər yaralanıb.

Digər tərəfdən, Bandiaqara yaxınlığında motosikletin minaya düşməsi nəticəsində iki nəfər ölüb.

Sahel bölgəsindəki Burkina Faso, Mali və Niger son illərdə terror təşkilatı Əl-Qaidə və DEAŞ-a tabe olan qruplaşmaların hücumlarına məruz qalır.

2013-cü ildən bəri Malidəki xarici hərbi missiyalara baxmayaraq, ölkədəki terror təşkilatları hücumlarını davam etdirir.



Әlaqәli Xәbәrlәr