Polşa Müdafiə Nazirliyi sərhədə əlavə qoşunların göndərilməsini təsdiqləyib

Polşa Müdafiə Nazirliyi Sərhəd Mühafizə Təşkilatının tələbi ilə Belarusla sərhədə əlavə qoşunların göndərilməsini təsdiqləyib.

2021939

Polşa xəbər agentliyi PAP-ın verdiyi məlumata görə, Nazirliyin açıqlamasında "Müdafiə naziri Mariuş Blaşçak Sərhəd Mühafizənin əlavə əsgər tələbini qəbul etdi. Polşa-Belarus sərhədindəki dinamik vəziyyət və tələb səbəbiylə nazir Blaşçak əlavə əsgərlərin göndərilməsini əmr etdi” ifadələrindən istifadə edilib.

Qeyd edək ki, bu həftənin əvvəlində Polşa Sərhəd Mühafizəsi Belarus sərhədinə əlavə 1000 hərbçi göndərilməsini istəyib.

Varşava administrasiyası Belarus sərhədində elektron hasar da çəkib.

"Vaqner" muzdlu döyüşçüləri son həftələrdə Polşa sərhədi yaxınlığında müşahidə edilib və Baş nazir Mateuş Moraviecki bildirib ki, bu hadisə NATO-nun şərq cinahında vəziyyəti sabitsizləşdirmək məqsədi daşıyır.

Polşa KİV-lərinin məlumatına görə, hazırda ölkənin Belarusla sərhədində 2000 əsgər, həmçinin yüzlərlə polis və keşikçi yerləşdirilib.

Әlaqәli Xәbәrlәr