Fransa Burkina-Fasoya dəstəyini dayandırıb

Fransa Xarici İşlər Nazirliyi Burkina-Fasoya bütün inkişaf yardımlarını və büdcə dəstəyini dayandırıb.

2020888
Fransa Burkina-Fasoya dəstəyini dayandırıb

Fransa Xarici İşlər Nazirliyi Burkina-Fasoya bütün inkişaf yardımlarını və büdcə dəstəyini dayandırıb.

XİN-in məlumatına görə, ötən il Burkina-Fasoya 13 milyon avro büdcə yardımı planlaşdırılıb, Fransanın bu ölkəyə göstərdiyi inkişaf yardımının ümumi məbləği 482 milyon avro təşkil edib.

Keçən il biri yanvar, digəri isə sentyabr olmaqla iki hərbi çevriliş yaşayan Burkina-Faso cari ilin yanvar ayında Sabir əməliyyatı çərçivəsində Fransa əsgərlərinin ölkədən çıxmasını tələb edib.

Fransa qoşunlarını geri çəkməyi qəbul edib, lakin inkişaf yardımı və büdcə dəstəyini davam etdirib.

Burkina-Faso son olaraq Mali və Nigerdəki hərbi xuntaya dəstək verdiyini açıqlayıb.

Qeyd edək ki, iyulun 30-da Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) Nigerdəki hərbi xuntaya prezident Məhəmməd Bazumu azad edib vəzifəsinə qayıtması üçün bir həftə vaxt verib.

ECOWAS bu müddət ərzində tələblərinin yerinə yetirilməməsi halında hərbi müdaxilə də daxil olmaqla, bütün variantları nəzərdən keçirəcəklərini açıqlayıb.

Burkina Faso və Mali də ECOWAS-a Nigerə hərbi müdaxilənin onlara qarşı müharibə aparmaq mənasına gələcəyi barədə xəbərdarlıq ediblər.

Fransa iyulun 26-da hərbçilər tərəfindən ələ keçirilən Nigerə bütün maliyyə yardımlarını iyulun 29-da dayandırıb.


Etiketlәr: #Niger , #ECOWAS , #Burkina-Faso

Әlaqәli Xәbәrlәr