"İngilislərin həyatını xilas edən əfqanıstanlılara qarşı bu münasibəti ədalətsizlikdir"

Xatırladaq ki, ölkədən çıxarılan əfqanlar vaxtilə İngiltərə hökuməti tərəfindən sığınacaq verilənlərdir

2020769
"İngilislərin həyatını xilas edən əfqanıstanlılara qarşı bu münasibəti ədalətsizlikdir"

 

  Böyük Britaniya hökuməti Əfqanıstandan olan qaçqınları ölkədən qovmaq üçün aksiyaya başlayıb. Minlərlə əfqanıstanlı mehmanxanalardan zorla çıxarılıb. Hökumət mehmanxanalarda yaşayan 8 min Əfqanıstan vətəndaşına ölkəni tərk etmək üçün avqustun sonunadək vaxt verib.

  Xatırladaq ki, ölkədən çıxarılan əfqanlar vaxtilə İngiltərə hökuməti tərəfindən sığınacaq verilənlərdir. Son dəstə buraya 2021-ci ildə Əfqanıstanda baş verən məlum hadisələrdən sonra pənah gətirib və onların arasında xeyli sayda azyaşlı uşaq var. Onlar mehmanxanalarda dövlətin hesabına yaşayırdılar.

  Böyük Britaniya hökuməti bu aksiyanın başladılmasını ölkədə kəskinləşən mənzil böhranı səbəbi ilə izah edib.

  Ölkə ictimaiyyətinin bəzi nümayəndələri bu aksiyaya etiraz edərək vaxtında ingilislərin həyatını xilas edən əfqanıstanlılara qarşı bu münasibəti ədalətsiz adlandırıblar.



Әlaqәli Xәbәrlәr