"Bu çoxtərəfli görüş anti-Rusiya koalisiyasının yaradılması cəhdidir"

Ciddədə təhlükəsizlik üzrə müşavirlər səviyyəsində keçirilən iki günlük məsləhətləşmələrdə Braziliya, Böyük Britaniya, Zambiya, Çin, Misir, Aİ, Hindistan, İndoneziya, Meksika, Polşa, ABŞ, Çili, Cənubi Koreya, Cənubi Afrikadan rəsmi şəxslər iştirak edir

2020762
"Bu çoxtərəfli görüş anti-Rusiya koalisiyasının yaradılması cəhdidir"

 

  Avqustun 5-də Səudiyyə Ərəbistanında 40 ölkə nümayəndələrinin iştirakı ilə Ukrayna münaqişəsinin nizamlanması üzrə məsləhətləşmələr start götürüb. Görüşdə Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən irəli sürülən sülh formulunun əsas prinsipləri müzakirə olunub.

  Ciddə şəhərində təhlükəsizlik üzrə müşavirlər səviyyəsində keçirilən iki günlük məsləhətləşmələrdə Braziliya, Böyük Britaniya, Zambiya, Çin, Misir, Aİ, Hindistan, İndoneziya, Meksika, Polşa, ABŞ, Çili, Cənubi Koreya, Cənubi Afrikadan rəsmi şəxslər iştirak edir.

  Səudiyyə Ərəbistanı rəsmiləri ümid edirlər ki, bu görüş Ukrayna böhranın siyasi-diplomatik səylərlə həlli yollarına, koordinasiyalı dialoq və əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.

  Qeyd edək ki, Rusiya foruma dəvət olunmayıb. RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, rəsmi Moskva Ukraynadakı vəziyyətə dair Səudiyyə Ərəbistanındakı çoxtərəfli görüşü anti-Rusiya koalisiyasının yaradılması cəhdi kimi qiymətləndirir.



Әlaqәli Xәbәrlәr