İqor Konaşenkov Ukraynanın hәrbi itkilәri barәdә mәlumat verib

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Ukrayna ordusunun iyun və iyul aylarında keçirilən əks-hücumlarda 43 mindən çox əsgər itirdiyini irəli sürüb.

2020496

İqor Konaşenkov Rusiya ilә Ukrayna arasındakı müharibәnin gedişatı ilә bağlı mәlumat verib.

Ukraynanın əks-hücumlar zamanı itkilər verdiyini ifadə edən İqor Konaşenkov deyib: “İyun və iyul ayında yaşanan döyüşlərdə Ukrayna Silahlı Qüvvələri 43 mindən çox itki verib''.

İqor Konaşenkov bildirib ki, bu göstəriciyə Ukrayna və xaricdəki xəstəxanalara təxliyə edilən yaralılar, muzdlular və yüksək dəqiqlikli silahlarla zərərsizləşdirilən hərbi qulluqçular daxil deyil.

İqor Konaşenkov deyib: ''Təmas xətdində 26 təyyarə, 9 helikopter, 25 Almaniya istehsalı “Leopard” tankı, Fransa istehsalı 7 AMX təkərli tank, ABŞ istehsalı 21  “Bradley” zirehli döyüş maşını daxil olmaqla ümumilikdə 4900-dən çox silah məhv edilib”.

Әlaqәli Xәbәrlәr