Polşa Belarusla sərhədə döyüş helikopterləri yerləşdirdiyini açıqlayıb

Polşa Silahlı Qüvvələri Baş Komandanlığının birinci müavini general Marek Sokolovski açıqlama verib.

2020018
Polşa Belarusla sərhədə döyüş helikopterləri yerləşdirdiyini açıqlayıb

Polşa Belarusla sərhədə döyüş helikopterləri yerləşdirib.

Bunu Polşa Silahlı Qüvvələri Baş Komandanlığının birinci müavini general Marek Sokolovski bildirib.

M.Sokolovskinin bəyanatına görə, 1-ci Aviasiya Briqadası və 25-ci Hava Briqadasının helikopterləri yenidən qruplaşdırılıb. Artıq onların yerləşdiyi ərazilərin ilkin kəşfiyyatı aparılıb. Aviasiya sahəsində texniki brifinqlər keçirilib.

"Helikopterlər döyüşə hazır vəziyyətdədir. Onları tam uçuş lisenziyası olan təcrübəli pilotlar idarə edir. Narahatedici bir hadisə baş verərsə, silahdan istifadə etməkdən çəkinməzlər”, -deyə Sokolovski deyib.



Әlaqәli Xәbәrlәr