''Aİ Türkiye və BMT-nin ''Taxıl sazişi'' ilə bağlı göstərdiyi səyləri dəstəkləməyə davam edəcək''

Bunu Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel deyib.

2020354
''Aİ Türkiye və BMT-nin ''Taxıl sazişi'' ilə bağlı göstərdiyi səyləri dəstəkləməyə davam edəcək''

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel bəyan edib ki, Aİ Türkiye və Birləşmiş Millətlər Təşkilatının (BMT) Qara Dəniz Taxıl Sazişini davam etdirmək üçün göstərdiyi səyləri dəstəkləməyə davam edəcək.
Bu barədə Cozep Borrel rəsmi ''Twitter'' səhifəsində paylaşım edib. 
"Rusiya ərzaqdan silah kimi istifadə etməyi dayandırmalıdır. Biz Rusiyanı Qara dəniz taxıl sazişinə qayıtmasını təmin etməliyik'',-deyə  Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi paylaşımında qeyd edib.
Cozep Borrel İngiltərənin "The Guardian" qəzeti üçün qələmə aldığı məqalədə Rusiyanın keçən ay razılaşmadan çıxmasının buğda və qarğıdalı qiymətlərində ani artıma səbəb olduğuna diqqət çəkib.
Cozep Borrel bildirib ki,  Rusiya müqavilədən çıxdiqdan sonra Ukraynanın taxıl anbarlarını və liman infrastrukturunu hədəf alıb. 
Cozep Borrel deyib:“Biz Türkiye və Birləşmiş Millətlər Təşkilatının Qara Dəniz Taxıl Sazişini davam etdirmək üçün göstərdiyi səyləri dəstəkləməyə davam edəcəyik''.
2022-ci ilin 24 fevral tarixində başlayan Rusiya-Ukrayna müharibəsinin qlobal ərzaq qiymətlərinə təsirini azaltmaq üçün 2022-ci ilin 22 iyul tarixində Birləşmiş Millətlər Təşkilatı (BMT), Rusiya, Türkiye və Ukrayna arasında Qara dəniz Taxıl Dəhlizi Sazişi imzalanıb.
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov iyulun 17-də müddəti başa çatmış müqavilə ilə bağlı açıqlama verib.
"Taxıl  sazişi faktiki olaraq dayandırılıb. Müvafiq şərtlər yerinə yetirildikdən sonra Rusiya dərhal ''Taxıl sazişi'' ilə bağlı sövdələşməyə qayıdacaq. Sazişin Rusiya ilə bağlı hissəsi yerinə yetirilməyib",-deyə Dmitri Peskov qeyd edib.



Әlaqәli Xәbәrlәr