Andrej Duda ''Rusiya təsiri haqqında'' qanuna dəyişikliyi təsdiq etdi

Polşa prezidenti Anjey Duda Rusiyanın Polşa hökumətlərinə təsiri ilə bağlı iddiaları araşdırmaq üçün xüsusi komissiyanın yaradılması ilə əlaqədar qanuna dəyişiklikləri təsdiq edib.

2019739

Rusiyanın 2007-2022-ci illər arasında Polşanın daxili təhlükəsizliyinə müdaxiləsini araşdırmaq üçün dövlət komissiyasının yaradılması haqqında qanun mayın 31-də qüvvəyə minib.
Sözügedən qanuna görə, Rusiyanın təsiri altında fəaliyyət göstərdiyi aşkarlanan siyasətçilər yaradılacaq komissiya ilə dövlət qulluğundan kənarlaşdırıla bilər.
Qanun müxalifət lideri Donald Tuskun payızda keçiriləcək parlament seçkilərində iştirakının qarşısını almaq üçün bir alət kimi qiymətləndirilib və müxalifət tərəfindən sərt şəkildə tənqid edilib.
Prezident Andrej Duda qanunla bağlı milli və beynəlxalq tənqidlərə cavab olaraq iyunun 2-də komissiyanın yaradılması haqqında qanununa dəyişiklik edilməsini təklif edərək, yeni istintaq orqanına deputatların daxil edilməməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Andrej Duda dünən Rusiyanın Polşa hökumətlərinə təsiri ilə bağlı iddiaları araşdırmaq üçün xüsusi komissiyanın yaradılması ilə əlaqədar qanuna dəyişiklikləri təsdiq edib.
Polşa parlamentinin aşağı palatası Senatın etirazına baxmayaraq iyulun 28-də qanun layihəsini təsdiqləyib.

Әlaqәli Xәbәrlәr