Ulf Kristersson: "Qurani-Kərimə qarşı təxribatlar ciddi təhlükəsizlik probleminə çevrilib"

İsveçin Baş naziri Ulf Kristersson Ədliyyə Naziri Qunnar Strömmer ilə keçirilən mətbuat konfransında Qurana qarşı təxribatlara toxunub.

2018950
Ulf Kristersson: "Qurani-Kərimə qarşı təxribatlar ciddi təhlükəsizlik probleminə çevrilib"

Qurani-Kərimə qarşı təxribatlar ciddi təhlükəsizlik probleminə çevrilib.

Bu barədə İsveçin Baş naziri Ulf Kristersson Ədliyyə Naziri Qunnar Strömmer ilə keçirilən mətbuat konfransında deyib.

"Qurana qarşı təxribatlar, NATO üzvlüyünün ləngiməsi və Rusiya-Ukrayna müharibəsi təhlükəsizliyimizə ciddi təsir göstərir. Bu ciddi təhlükəsizlik problemlərinin qarşısını almaq üçün bu istiqamətdə daxili sərhəd nəzarətini işə sala bilərik”-deyə Ulf Kristersson bildirib.

Strömmer isə deyib ki, İctimai asayiş qanununun dəyişdirilməsi istiqamətində müzakirələr aparılır.

Qeyd edək ki, İsveçdə Quranın 3 yerdə yandırılması üçün edilən icazə tələbləri geri götürülüb.

İsveç hökuməti polisə axtarış etmək üçün daha böyük səlahiyyətlər verməklə daxili təhlükəsizlik və sərhəd nəzarətini müvəqqəti olaraq artıracaq.



Әlaqәli Xәbәrlәr